İlham Əliyev təxliyə barədə tapşırıq verdi

Abunə olmaq
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.

BAKI, 25 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

Xəbər lenti
0