Qocalıqda yorğalıq – 74 yaşında müqavilə bağladı

© Sputnik / Александр Вильф / Mediabanka keçidФутбол
Футбол - Sputnik Azərbaycan
Abunə olmaq
Belə bir addımın atılmasına səbəb kimi onların Ginnesin Rekordlar Kitabına düşmək istəməsi göstərilir

BAKI, 25 yanvar — Sputnik. Misirin üçüncü divizion klubu "6th October" 74 yaşlı Əl Əldin Bahderlə futbolçu kimi müqavilə imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu unikal fakt barədə Misir mətbuatı məlumat yayıb. Sözügedən ölkənin Futbol Federasiyasından bildirilib ki, onunla 2019-cu ilin oktyabrında müqavilə bağlansa da, qurum Bahderi futbolçu qismində indi qeydiyyata alıb. Bildirilir ki, Bahder bu günə qədər peşəkar klublarda oynamayıb. Belə bir addımın atılmasına səbəb kimi onların Ginnesin Rekordlar Kitabına düşmək istəməsi göstərilir.

Qeyd edək ki, buna qədər olan rekord da misirliyə məxsusdur. 2019-cu ilin aprelində 73 yaşlı İsaak Hayik Misirin dördüncü divizionunda oyuna çıxıb.

Xəbər lenti
0