Xoşagəlməz oyanma - Türkiyə barədə bədbin proqnoz verildi

Abunə olmaq
Professor: "Bu zəlzələnin baş verdiyi yerdə 1874-cü ildə 7.1, 1875-ci ildə 6.7 bal gücündə iki zəlzələ olub. Şərqi Anadolu qırılma xətti uzun zamandır səssiz idi, amma indi oyandı"

BAKI, 25 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. İlkin məlumatlara əsasən, 21 nəfər zəlzələnin qurbanı olub, 1000 nəfərdən artıq insan isə yaralanıb. İnsanlara həmçinin külli miqdarda ziyan da dəyib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Naci Görür baş verən zəlzələ ilə bağlı maraqlı açıqlamalar verib: "Böyük zəlzələ oldu. Şərqi Anadolu qırılma xətti oyanmağa başladı. Şərqi Anadolu qırılma xətti üzərində uzun illərdir ki, zəlzələ olmurdu. İndiyədək zəlzələlər Şimali Anadolu qırılma xətti üzərində idi".

На месте обрушения здания в Элязыге, восточная Турция  - Sputnik Azərbaycan
FOTO
Dağıntı, tələfat, kədər - Zəlzələ ərazisindən görüntülər

"Bu zəlzələnin baş verdiyi yerdə 1874-cü ildə 7.1, 1875-ci ildə 6.7 bal gücündə iki zəlzələ olub. Fikrimcə, bu zəlzələ narahatedicidir. Şərqi Anadolu qırılma xətti uzun zamandır səssiz idi, amma indi oyandı. Onun Şimali Anadolu qırılma xətti kimi davranacağından narahatam. Şimali Anadolu qırılma xətti 1939-1999-cı illər arasında çoxlu sayda zəlzələ yaradaraq enerjisini boşaltdı. Eyni şeyi müəyyən zamanda Şərqi Anadolu qırılma xətti də edə bilər" - professor bildirib.

Qeyd edək ki, professor Naci Görürün aylar öncə bu zəlzələ ilə bağı xəbərdarlıq etdiyi də ortaya çıxıb. Professor 2019-cu il oktyabrın 6-da "CNN Türk"də gedən bir verilişdə Elazığ və ətrafını vuran zəlzələ barədə xəbərdarlıq etmişdi.

Onu da bildirək ki, hazırda zəlzələ baş verən ərazidə yüzlərlə xilasedici çalışır. Zərər görmüş ərazilərə çoxlu sayda çadır və yorğan gətirilib. Yeraltı təkanlar bəzi qonşu ölkələrdə - İsraildə, İraqda və Suriyada da müşahidə edilib.

Xəbər lenti
0