Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə zəlzələ qurbanlarının sayı artır

© © Sputnik / Sertac KayarНа месте обрушения здания в Элязыге, восточная Турция
На месте обрушения здания в Элязыге, восточная Турция  - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

BAKI, 25 yanvar — Sputnik. Türkiyənin şərqində baş verən zəlzələ qurbanlarının sayı 20-yə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, zəlzələ zamanı 1000 ə yaxın sakin xəsarət alıb.

6,8 bal gücündə zəlzələ axşam saatlarında baş verib. Zəlzələnin episentri Sivricə şəhərinin yaxınlığında olub. Yeraltı təkanlar daha çox Malatya və Elazığda müşahidıə edilib.

Çoxmərtəbəli evlərdə yanğın baş verir. Xilasedicilər afterşoklara baxmayaraq yanğını söndürməyə çalışıb.

"Bizim evlərimiz dağılıb və zərər görüb. Biz öz kəndlərimizə gedə bilmərik. Xeyli insan ölüb. Ümid edirəm ki, Allah bizə kömək edəcək. Allah bizə səbr versin. Bizim heyvanlarımız da ölüb. İndi hamı tonqal başına yığılıb ki, qızınsın" - deyə yerli sakinlərdən biri öz hisslərini bölüşüb.

Ərazidə yüzlərlə xilasedici çalışır. Dağıntılar arasında bir nəfəri xilas etmək mümkün olub. Müxtəlif rayonlarda dağıntılar altında 30 nəfərin qaldığı ehtimal edilir. Zərər görmüş ərazilərə çoxlu sayda çadır və yorğan gətirilib. Yeraltı təkanlar bəzi qonşu ölkələrdə - İsraildə, İraqda və Suriyada da müşahidə edilib.

Xatırladaq ki, Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalındakı Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Xəbər lenti
0