BAKI, 25 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin Elazığ şəhərində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1000-dən artıq şəxs isə yaralanıb. Ötən axşam baş verən zəlzələ anı telekanalların canlı yayımında, o cümlədən də konsert zalında kadrlara düşüb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, zəlzələ anı Ömər Ağın aparıcılıq etdiyi “Panorama” proqramının canlı yayımı zamanı da kadrlara düşüb. Bu an müəyyən qədər də olsa canlı yayımda təlaşa səbəb olub.
— Xhildinho Z (@xhildinho) January 24, 2020
Canlı yayımdan olan görüntüləri təqdim edirik: