Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Öküz gücü: Potensiyasını artırmaq istəyən kişi xəstəxanalıq olub

CC0 / Jai79 / BullБык, фото из архива
Бык, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən ilin martında moskvalı kişinin böyük dozada potensiya dərmanı qəbul etdiyi və sevgilisi ilə görüş zamanı öldüyü bildirilib.

BAKI, 25 yanvar — Sputnik. Meksikalı kişi öküzlər üçün nəzərdə tutulmuş potensiya stimulyatorunu qəbul etdikdən sonra xəstəxanaya düşüb.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, kişi üç gün davam edən ereksiyadan sonra həkimlərə müraciət etməli olub.

Reynosa şəhərinin adı açıqlanmayan sakini 30 yaşlı sevgilisi ilə görüşə hazırlaşmaq üçün sözügedən dərmanı qəbul edib. Üstəlik, stimulyatoru almaq üçün o, qonşu ştata - Verakruza gedib.

Lakin meksikalının romantik planları uğursuz olub: o, cərrahi əməliyyat keçirməli olub.

Keçən ilin martında moskvalı kişinin böyük dozada potensiya dərmanı qəbul etdiyi və sevgilisi ilə görüş zamanı öldüyü bildirilib. Belə ki, kişinin ürəyi dözməyib və təcili yardım həkimləri onu xilas edə bilməyiblər.

Xəbər lenti
0