BAKI, 25 yanvar — Sputnik. Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib.
"Report"un xəbərinə görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.
Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.