Məşhurlar faciə ilə bağlı dualar etdilər

© © Sputnik / Sertac KayarНа месте обрушения здания в Элязыге, восточная Турция
На месте обрушения здания в Элязыге, восточная Турция  - Sputnik Azərbaycan
Abunə olmaq
"Ürəklər sıxıldı, Elazığ üçün dualarımı edirəm. Zəlzələdə dünyasını dəyişən vətəndaşlarımıza rəhmət, ailələrinə səbr diləyirəm" - Mustafa Sandal

BAKI, 25 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Türkiyənin Elazığ şəhərində 6.8 bal gücündə zəlzələ baş verib. Nəticədə 22 nəfər ölüb, 1000-dən artıq yaralı var.

Zəlzələ ilə əlaqədar olaraq bir çox türkiyəli məşhur simalar paylaşımlar ediblər.

Türkiyənin tanınmış futbolçusu, Almaniya millisində forma geyinən Məsut Özil özünün "Twitter" hesabında belə bir paylaşım edib: "Dualarım Türkiyədə zəlzələdən zərər çəkmiş hər kəslədir".

Tanınmış müğənni Mustafa Sandal da zəlzələ ilə bağlı özünün "Twitter" hesabında paylaşım edib: "Ürəklər sıxıldı, Elazığ üçün dualarımı edirəm. Zəlzələdə dünyasını dəyişən vətəndaşlarımıza rəhmət, ailələrinə səbr diləyirəm".

Rəqqasə Asena isə "keçmiş olsun, Elazığım", deyə paylaşım edib.

Xəbər lenti
0