Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maştağada avtobus qəzası - Yaralılar var

CC0 / marcelabr / glassОсколки стекла, архивное фото
Осколки стекла, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində yüngül dərəcəli xəsarətlər alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

BAKI, 25 yanvar — Sputnik. Bu gün səhər saat 08 radələrində "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin məlumatına istinadla xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və 1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0