BAKI, 25 yanvar — Sputnik. Acarıstanyada güclü yağan qar, onlar gürcü kəndləri ilə əlaqənin ksəilməsinə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məktəblər bağlanıb, elektrik enerjisinin xəttləri sıradan çıxıb. Magistral yollarda hərəkət yoxdur.
Köhnə yol texnikasının gücü qarı təmizləməyə çatmır. Dağlıq ərazi olan Acarıstana bir günə aylıq norma qədər qar yağıb. Qarın hündürlüyü 1 metrə çatır. Temperatur mənfi 10 selsiyə düşüb.
"Əsas magistrallar təmizlənir. Kəndlərdə qar daha çoxdur və texnika demək olar ki, yoxdur. İnsanlar öz həyətlərindən çıxa bilmir" - yerli sakinlərdən biri deyib.
Hava şəraitinə görə məktəblər və uşaq bağçalarında dərslər dayandırlıb. Bəzi yaşayış məntəqlərində elektrik enerjisi yoxdur. Qarın ağırlığından elektrikötürücülərində problemlər yaranıb.
"Əsas elektrik enerjisi problemi ucqar kəndlərdə müşahidə edilir. Ora briqadaların göndərilməsi yollar təmizlənəndən sonra mümkün olacaq. Hazırda rayon mərkəzində olan problemlər aradan qaldırılır", - deyə yerli adminsitrasiyanın nümayəndəsi Tengiz Tunadze deyib.
Yollarda fövqəladə rejim elan edilib. İctimai nəqliyyat ancaq qardan təmizlənmiş ərazilərdə çalışır. Yerli sakinlərə evlərdən çıxmaq məsləhət görülmür.
Hələ bölgədə havanın yaxşılaşacağını proqnozlaşdırılmır. Qar, çovğun və güclü yağışların davam edəcəyi gözlənilir.