Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. 105 yaşlı Nazirat Vəlimətova dünyasını dəyişib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Qusarın Düztahir kənd sakini Nazirat Vəlimətova son dəfə 2019-cu ilin dekabrında bələdiyyə seçkilərində səs verib. Həmin seçkilərdə o, ailə üzvlərindən xahiş edib ki, səs verməsi üçün evə seçki qutusunun gətirilməsini təmin etsinlər.
Ailə üzvlərinin sözlərinə görə, onun arzusu Parlament seçkilərində də səs vermək olub.
© Sputnik / Leyla Abdullayeva105 yaşlı Nazirat Vəlimətova
105 yaşlı Nazirat Vəlimətova
© Sputnik / Leyla Abdullayeva
Ən yaşlı seçicinin 3 övladı, 10 nəvəsi və 25 nəticəsi var.