BAKI, 24 yanvar — Sputnik. Təhsil Nazirliyinin əməkdaşları Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovaya baş çəkiblər.
Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat şöbəsindən məlumat verilib.
Bildirilib ki, qızlar məktəbə gedərkən minik avtomobili onları vurub: "Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".
Xatırladaq ki, qızları ötən gün Xırdalan şəhərində avtomobil vurub.