CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə baş tutmayan vendetta: kişiyə nə güllə, nə balta kar elədi

© pixabay / kaboompicsТопор, фото из архива
Топор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevir sakini qohumundan qisasını Ümumxalq Hüzn Günü almağı planlaşdırıb. Güllə yarası alan Ziyad Mirzəyevin ölmədiyini görən başqa bir qohum baltaya əl atıb

BAKI, 24 yanvar — Sputnik. Yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyev odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olub.

Sputnik Azərbaycan Baş Prokururluğun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Mingəçevir şəhər sakini Elsevər Quliyev qohumu Firdovsi Qasımov ilə "Hyundai Sonata" markalı avtomobillə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə onun sərnişini olduğu "VAZ 2107" markalı avtomobilin qarşısını kəsiblər. Daha sonra Elsevər Quliyev avtomobildən düşüb, üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralayıb.

Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyev ona doğru üçüncü dəfə atəş açıb. Lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilməyib. O, gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşıb.

Мужчина, держащий нож за спиной, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Toyuğa görə qardaşını öldürən yüngül cəza istədi

Həmçinin müəyyən edilib ki, E.Quliyevlə qabaqcadan əlbir olan digər qohumu Ülvi İsmayılov Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verib.

Eyni zamanda Ü.Quliyev hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib edib.

Lakin Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itib və cinayətkar öz niyyətini başa çatdıra bilməyib.

Bundan başqa, istintaqla müəyyən edilib ki, E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətdən qohumları Nahid Həsənov və Firdovsi Qasımov xəbərdar olsalar da, bilərəkdən gizlədiblər.

E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qərarı seçilib.

F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0