Lukaşenkodan gözlənilməz mesaj – ABŞ-dan neft ala bilərik

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко во время посещения образовательного центра "Сириус" в Сочи
Президент Белоруссии Александр Лукашенко во время посещения образовательного центра Сириус в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Lukaşenko vurğulayıb ki, Belarus Rusiya neftindən imtina etmir, lakin ölkə öz neft tədarükünü şaxələndirmək istəyir

BAKI, 24 yanvar — Sputnik. Belarus neft tədarükü ilə bağlı dünya bazarının bütün iştirakçıları – Birləşmiş Ştatlar, BƏƏ və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.

Sputnik Belarus xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Şkalovada qəzet kağızı zavodunun iştirakçıları ilə görüşü zamanı bildirib.

"Onlarla çox möhtəşəm əlaqələrim var. Deyirlər nə qədər lazımdır, o qədər də neft tədarük edərik. Təbii ki, bu dünya bazar qiymətidir. Lakin neftin keyfiyyəti də yüksəkdir", - deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Belarus rəhbərliyi müxtəlif marşrutları test edir.

Lukaşenko vurğulayıb ki, Belarus Rusiya neftindən imtina etmir, lakin ölkə öz neft tədarükünü şaxələndirmək istəyir.

Xəbər lenti
0