Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cəsarətli təklif - Fransaya şərab da göndərə bilərik

© Sputnik / Murad OrujovВинный погреб "Исмаиллы Шараб 2" в селе Хаджихатамли
Винный погреб Исмаиллы Шараб 2 в селе Хаджихатамли - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır"

BAKI, 24 yanvar — Sputnik. "Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa, fındıq, meyvə, tərəvəz, xurma, şərab və s. məhsulların ixracını genişləndirmək mümkündür".

Sputnik Azərbaycan bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə bildirib. 

Vüsal Qasımlının sözlərinə görə, 2019-cu ildə Azərbaycandan ixracın 3%-ni Fransa həyata keçirib. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2.1%-ni təşkil edir.

© Sputnik / Murad OrujovAzərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüş
Cəsarətli təklif - Fransaya şərab da göndərə bilərik - Sputnik Azərbaycan
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüş

Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdıran V.Qasımlı bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor “Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların uğurları və 2020-ci il hədəfləri barədə məlumat verib: “Dünyada iqtisadi artım tempi yavaşıdığı halda, son beş ildə Azərbaycanda iqtisadi artım tempi sürətlənir. Artımın sürətlənməsində həlledici amil iqtisadi, sosial, idarəetmə və kadr islahatlarıdır. İndi əsas məsələ daha yüksək artım tempinə və artımın dayanıqlılığına nail olmaqdır. Bunun üçün biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərmayənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökumətin əsas islahat gündəliyini təşkil edir.

Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, 2018-ci il Fransanın Cənubi Qafqazın üç ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb".

© Sputnik / Murad Orujovİqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı
İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı - Sputnik Azərbaycan
1/4
İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı
© Sputnik / Murad OrujovFransanın Azərbaycandakı səfiri Zakari Qros
Fransanın Azərbaycandakı səfiri Zakari Qros - Sputnik Azərbaycan
2/4
Fransanın Azərbaycandakı səfiri Zakari Qros
3/4
4/4
1/4
İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı
2/4
Fransanın Azərbaycandakı səfiri Zakari Qros
3/4
4/4

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hal-hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

Xəbər lenti
0