Çin faciənin eşiyində, nəqliyyatın hərəkəti dayandırılır, məbədlər bağlanır

© AP Photo / Mark SchiefelbeinМедицинские работники в аэропорту Пекина
Медицинские работники в аэропорту Пекина  - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edirlər ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər

BAKI, 24 yanvar — Sputnik. Çindən koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri gücləndirir. Belə ki, Çinin on şəhərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, məbədlərə giriş bağlanılıb, həmçinin infeksiyaya yoluxanların müalicəsi üçün hospital tikilib. Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.

Пассажиры в медицинских масках в зале ожидания на железнодорожном вокзала в Гонконге, фото из архива - Sputnik Azərbaycan
Çin bu dəfə insanların 6 milyonluq şəhərdən çıxışını bağladı

Qeyd edək ki, Çin rəhbərliyi ötən gündən etibarən yeni koronavirusun aşkarlandığı Uhan və Huanqan şəhərindən də əhalinin kənara çıxmasına qadağa qoyub. Ümumilikdə bu şəhərlərdə 17 milyondan çox insan yaşayır.

Məlumata əsasən, yerli sakinlərə xüsusi ehtiyac olmayacağı təqdirdə şəhərləri tərk etmək qadağan olunur. Həmçinin kinoteatrlar, internet-kafelər və digər əyləncə məkanları da müvəqqəti olaraq bağlanılır.

Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edirlər ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər. Çünki Yeni illə əlaqədar yüz milyonlarla çinli xaricdən və ölkə daxilindən öz doğulduğu şəhərlərə geri qayıdacaq.

Xatırladaq ki, ən son məlumatlara görə, Çində koronavirusun yayılması nəticəsində 25 nəfər ölüb, 800-dən çox şəxs isə bu xəstəliyə yoluxub. Hesab olunur ki, virusun yeni ştampı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.

Xəbər lenti
0