CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anaların 35 yaş sindromu - yeni trend gəncliyimizə yaxşı heç nə vəd etmir

© AFP 2024 / LOIC VENANCEБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda qadınlar otuz beş yaşdan sonra yenidən uşaq doğmaq istəmirlər. Daha təhlükəli trend isə "child free"dir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda qadınların 35 yaşdan sonra ana olma sayında azalmalar var. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 1971-ci ildə 35-39 yaşlı ana olan qadınların sayı 24 min 167 olubsa, son açıqlanan rəqəmlərdə bu say 6 min 731-dir. 

Пустышка и манаты, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qonşudan qalma geri" prinsipi bu dəfə də tətbiq ediləcəkmi?
1970-ci ildə 40-44 yaşında ana olan qadınların sayı 8 min 266 olubsa, son açıqlanan statistikada bu rəqəm 1301-dir. 1970-ci ildə ana olan 45-49 yaşlı qadınların sayı 1141 olubsa, son açıqlanan rəqəmdə bu say 117 olub. 2005-ci ildə bu rəqəm 216, 2009-da 226, 2013-cü ildə 184 olub. 1970-ci ildə 50 və yaşı daha çox olan qadınların 439-u, son statistikaya görə isə 22-si ana olub.

Göründüyü kimi, öncəki illərlə müqayisədə Azərbaycanda analıq yaşı artmır, əksinə daha da azalır.

Maraqlıdır, sovet dövrü ilə müqayisədə say azalmasının qaynaqlandığı səbəblər hansılardır?

Sosioloq Elvin Muradov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"SSRİ dövründə doğuş bumu var idi. Lakin sonrakı dövrlərdə Avropaya inteqrasiya etdikdə vəziyyət nisbətən dəyişdi. İqtisadi vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, qadınlar da kişilərlə bərabər işləmək məcburiyyətində qaldılar.

Düzdür, sovet dövründə də işləyən qadınlar var idi, lakin bu rəqəm sonrakı illərdəki qədər çox deyildi. Həm də 90-cı illərin nəsli sovet təfəkkürü ilə böyümüşdü. Gənc nəsil isə tamamilə fərqli düşüncəyə sahibdir. Lakin artıq qadınlar da kişilərlə bərabər işlədikləri üçün 1-2 uşaqla kifayətlənməli olurlar. Öncələr uşaqlar arasında fasilə 1-2 il olurdusa, hazırda bu fasilənin 5-7 il olduğunu görə bilərik".

Qucağında körpə uşaq tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ataların analıq keyfi - maaşını al, işə getmə

"Qadınların 35 yaşdan sonra ana olmalarına mane olan səbəblər arasında sosial-iqtisadi amillərlə yanaşı, boşanma və uğursuz nikahların da çəkisi var. Bəzən uğursuz nikahlar boşanma ilə nəticələnir və bu zaman sonrakı həyatlarında yenidən övlad sahibi olmanı planlaşdırmırlar. Bundan başqa, bir qisim şəxs də var ki, onları "child free" (uşaqsız, uşaqlardan azad - red.) adlandırmaq olar. Bu şəxslər ümumiyyətlə övlad sahibi olmaq istəmirlər. Onlar öz həyatlarında karyeranı daha ön plana çəkirlər. Bundan başqa, selektiv abortların, qız uşaqlarının ailələrdə istənilməməsinin rəqəmlərin azalmasında təsiri az deyil", - deyə E.Muradov əlavə edib.

O, Azərbaycanla bağlı proqnozlardan da söz açıb: "BMT-nin 2050-ci ilədək olan proqnozuna görə, Azərbaycanda vəziyyət təhlükəli həddə çatmayıb. Gürcüstan və Ermənistanla müqayisədə bizdə əhali artımı daha sürətlidir. Növbəti illərdə də bu artım müsbət tendensiya üzrə irəliləyəcək".

Qeyd edək ki, çoxuşaqlı ailə statusuna malik ailələrdə doğulan uşaqların sayı 9 min 132-dir. 2327 valideyn isə çoxuşaqlı valideyn sayılır və onlara aylıq müavinət verilir. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Xəbər lenti
0