BAKI, 23 yanvar — Sputnik. Türkiyədə, Manisanın Akhisar rayonunda 5.4 maqnitudalı zəlzələ olub.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, hadisə yerli vaxtla 22:22-də baş verib. Təxminən 6,98 kilometr dərinlikdəki təkanlar İzmir, Manisa, Aydın və Denizli ilə yanaşı, Yalova və Bursada da hiss edilib.
Akhisar Belediye Başkanı Dutlulu: Yıkılmış bina haberi gelmedi. Merkez üssü olan Musalar köyüne ulaşmaya çalışıyoruz
— Sputnik Türkiye (@sputnik_TR) January 22, 2020
Manisa Valisi Ahmet Deniz: Çeltikçi Mahallesi'nde birkaç evin yıkıldığı bilgisi var, yaralı yokhttps://t.co/lXdM9o2Lc4 pic.twitter.com/blYKr7c31P
Bundan 3 dəqiqə sonra Manisa vilayətinin Qırxağac rayonunda 4.1 bal gücündə zəlzələ olub. Təkanların dərinliyi 7 km olub.
Manisa valisi Ahmet Denizin verdiyi məlumata görə, rayonun Çeltikçi məhəlləsində bir neçə ev dağılıb, yaralı yoxdur.
Musalar məhəlləsinin muxtarı Nurettin Yıldız isə: "Hazırda kənddə hər şey normaldır, bir heyvan damının divarı uçub, mənim otağımın divarlarından biri isə çatlayıb", - deyə məlumat verib.
Manisa'nın Akhisar ilçesinde 5.4 büyüklüğünde deprem meydana geldi. Deprem İzmir, İstanbul, Bursa, Balıkesir, Kütahya gibi çok sayıda çevre illerde hissedildi. Manisa Valisi Ahmet Deniz, "Beş altı metruk evin göçtüğü bilgisi geldi" dedi. İlk görüntüler... #deprem #Manisa pic.twitter.com/Lw9oNQULy7
— ANKA Haber Ajansı (@ankahabera) January 22, 2020
İstanbul valiliyindən bildirilib ki, Manisadakı zəlzələ orada da hiss edilib.
Akhisar bələdiyyə rəisi Besim Dutlulu Musalar kəndindən xəbər almağa çalışdıqlarını, amma binaların uçması barədə əllərində məlumat olmadığını deyib. Onun sözlərinə görə, zəlzələdən qorxan sakinlər küçələrə axışıblar.
Türkiyənin Fövqəladə Hallar Nazirliyindən (AFAD) verilən məlumatda da zəlzələdə ölən və ya yaralanan olmadığı deyilir.