CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular

© AFP 2023 / RASHIDE FRIASПолицейский в подпольной лаборатории по изготовлению синтетических наркотиков
Полицейский в подпольной лаборатории по изготовлению синтетических наркотиков - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan "Əli" adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər

BAKI, 23 yanvar — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə 16 kiloqramdan çox narkotik vasitəni Azərbaycana keçirən 2 İran vətəndaşını saxlayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər. Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan "Əli" adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər. Saxlanılan şəxslər narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdə gizlədəndən sonra geri qayıtmalı imişlər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0