Dünyanın sonu çatıb, dörd xəbərçisini görürəm - BMT Baş katibi

© REUTERS / Denis Balibouse/File photoАнтониу Гутерреш, новый генеральный секретарь ООН
Антониу Гутерреш, новый генеральный секретарь ООН - Sputnik Azərbaycan
Abunə olmaq
Quterreşin fikrincə, dünyanın sonunu gətirəcək bəlaların sırasında rəqəmsal dünyanın, yeni texnologiyaların rolu kiçildilməməlidir

BAKI, 23 yanvar — Sputnik. BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, hazırda planetimizi təhdid edən dörd təhlükə var. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Quterreş BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Aramızda dünyanın sonundan xəbər verən "dörd çaparı" görürəm: bu dörd bəla XXI əsrdə inkişafı təhdid edir və imkanlara maneələr yaradır", - Quterreş deyib. Onun çıxışı təşkilatın saytında yerləşdirilib.

Кенгуру во время лесных пожаров в Австралии - Sputnik Azərbaycan
Avstraliya az qala məhv olacaq – Yanğın genişlənir

Quterreşin sözlərinə görə, birinci bəla "yüksək geostrateji gərginlik"dir. Baş katib vurğulayıb ki, dağıdıcı münaqişələr genişmiqyaslı insan iztirablarına səbəb olur, nüvə təhlükəsinin artdığı müşahidə edilir.

İkinci problem, onun fikrincə, iqlim böhranıdır. Quterreş dünyada orta temperaturun artdığına, milyonlarla heyvan növünün nəslinin tükənməsi təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkib.

"Üçüncü xəbərçi", Quterreşin fikrincə,"artan qlobal inamsızlıq"dır. O deyib ki, dünyada siyasi qurumlara etimad xeyli azalıb, üç insandan ikisi bərabərsizliyin artdığı ölkədə yaşayır, getdikcə daha çox insan qloballaşmanın faydasına şübhə ilə yanaşır.

BMT Baş katibinin  sözlərinə görə, "dördüncü çapar" "rəqəmsal dünyanın qaranlıq tərəfi"dir. Quterreş vurğulayıb ki, yeni texnologiyalardan cinayət, nifrətin artması, yalan məlumatların yayılması və insanların istismarı məqsədilə istifadə olunur.

Xəbər lenti
0