Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Eks-prezidentin ofisi yaxınlığında atışma baş verib

© Sputnik / Mediabanka keçidАвтомобиль скорой помощи у захваченного здания отделения полиции в районе Эребуни на окраине Еревана
Автомобиль скорой помощи у захваченного здания отделения полиции в районе Эребуни на окраине Еревана - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törətmiş şəxs sonradan silahı yerə qoyub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir

 

BAKI, 23 yanvar — Sputnik. Ermənistanın paytaxtı Yerevanda yerləşən "Erebuni" biznes mərkəzində atışma baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, biznes mərkəzdə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisi yerləşir.

Bir müddət öncə Sputnik Ermənistan atəş açan şəxsin bir nəfəri girov götürdüyünü bildirib.

Lakin hadisəni törətmiş şəxs sonradan silahı yerə qoyub. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

"Danışıqlar nəticəsində o, silahı yerə qoydu. İndi vəziyyət sabitdir. İlkin məlumatlara görə, zərərçəkən yoxdur. Hələ ki, başqa məlumat verə bilmərəm", - polisin təmsilçisi Aşot Aqaronyan jurnalistlərə bildirib.

Biznes mərkəzin yaxınlığında BMT-nin İrəvandakı ofisi də yerləşir.

Xəbər lenti
0