İsmətli şahzadə Qız qalasını necə Bakının simvoluna çevirdi

© Sputnik / Murad OrujovДевичья башня ("Гыз Галасы") – символ Баку
Девичья башня (Гыз Галасы) – символ Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan-ın AVRO-2020-nin azarkeşləri və qonaqları üçün İçərişəhərin meydanlarında, küçə və qalalarında ənənəvi gəzintisi davam edir. İndi isə sizə əfsanəvi, bənzərsiz və unikal bir tarixi abidə kimi hörmət edilən Qız qalasına səyahət etməyi təklif edirik.

BAKI, 21 yanvar – Sputnik. Uzun illərdir ki, elm adamları əsrlər boyu Bakının əsas simvolu olmuş, ilk baxışdan tanınan, bənzərsiz olan və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qız qalasının sirli qalan təyinatı üzərində başlarını sındırırlar.

Кадр из художественного фильма Бриллиантовая рука  - Sputnik Azərbaycan
Ostrovskaya: Məni "Brilyant əl"in Bakıdakı çəkilişinə küçədən apardılar

Hər bir Azərbaycan sakini ən azı bir dəfə bu qülləni ziyarət etməyi, buradakı atmosferi hiss etməyi, əcdadların inşa etdiyi divarlara toxunmağı özünə borc bilir. Eyni zamanda, bu qüllə Odlar yurduna gələn bütün turistlər üçün bir növ başlanğıc nöqtəsidir – buradan onlar Bakı və Azərbaycanla tanışlığa başlayırlar.

Qədim şəhərdəki bələdçilər buradan keçənləri evlərinə gəlmiş qonaq kimi, üzlərində təbəssümlə qarşılayırlar. Bələdçilərin sayəsində qonaqlar asanlıqla bir yüzillikdən digərinə keçərək bir çox maraqlı şey öyrənirlər.

Lakin tikilinin spesifik quruluşu və ölçüləri səbəbindən bələdçilər qüllənin daxilində ən çoxu altı nəfərdən ibarət qruplara xidmət göstərə bilirlər.

Ancaq əvvəlcə bir az tarixdən danışaq. Qız qalasının tikilmə tarixi hələ də məlum deyil. XII əsrdə qüllə Bakının müdafiə sisteminin bir hissəsi və Şirvanşahların ən güclü qalalarından biri olan Bakı qalasının əsas istehkamı idi. XVIII-XIX əsrlərdə tikili mayak kimi istifadə edilib. O vaxtlarda qüllənin zirvəsində müdafiə üçün nəzərdə tutulmuş dişlər var idi. Lakin, XIX əsrin ortalarında Rusiya hərbi idarəsi tərəfindən aparılmış təmir işlərindən sonra onlar yoxa çıxıblar.

Tarixi xəcalətə salan "usta"ların ölkəsi: abidəni turistə göstərməyə üz qalmır

"Qız qalası" kassasında ilin istənilən vaxtında Qız qalasına ekskursiya üçün bilet almaq istəyən qonaqları və yerli sakinləri görə bilərsiniz. Biletlər baha deyil və ziyarətçinin yaşından və sosial vəziyyətindən asılı olaraq dəyişir.

MƏLUMAT

Böyüklər qülləyə daxil olmaq üçün 2 manat (1,5 dollar), xarici vətəndaşlar 10 manat (7 dollar), azərbaycanlı tələbələr 1 manat (0,59 sent), xarici tələbələr 5 manat (8,50 dollar), məktəblilər 20 qəpik (13 sent) ödəməli olacaqlar. Məktəbəqədər yaşda olan uşaqlar üçün isə giriş pulsuzdur.

Qafqazın ən qədim məbədində azərbaycanlılar arzularının həyata keçəcəyinə inanırlar - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Azərbaycanda tarixi abidələr necə qorunur və biz bu barədə nə bilirik?

Qeyd edək ki, bura gələn ziyarətçilərin sayı 2012-ci ildə 60 min, 2014-cü ildə isə təqribən 140 min olub. Bu sıçrayış bərpa işlərinin və Qız qalasında yeni sərginin təşkilinin nəticəsi idi.

Beləliklə, qülləyə giririk. Giriş dardır, çiyinlərimizlə divarlara toxunuruq. Qüllə 28 metr hündürlükdə olan daş "stəkan"ı xatırladır. Qüllə içəridən eyni vaxtda iki yüzdən çox insanın yerləşə biləcəyi səkkiz mərtəbəyə bölünüb. Səkkiz mərtəbənin hər biri dəyirmi dəlikli daş qübbə ilə örtülüb.

Bütün qüllə boyu yuxarıya daşdan dar pilləkənlər uzanır. Qüllənin zirvəsinə qalxış milli melodiyaların həzin səsi ilə müşayiət olunur, hər mərtəbədə isə mini-muzey və suvenir dükanı təşkil edilib.

Tikilinin daxilinin kiçik həcmini nəzərə alaraq, ekspozisiyaların təşkilində müasir texnologiyalardan istifadə edilib. Ziyarətçilər binanın tarixi ilə tanış ola, elektron displeylərin, helioproyektorların və digər ən yeni texnologiyaların köməyi ilə video çarxlar seyr edə və audio materialları dinləyə bilərlər.

© Sputnik / Murad OrujovПо всей башне вьется узкая крутая каменная лестница со ступенями, вытертыми за сотни лет миллионами ног.
Bütün qala üzrə yüz illər ərzində milyonlarla ayaq altında qalan ensiz daş pilləkanlar var - Sputnik Azərbaycan
1/8
Bütün qala üzrə yüz illər ərzində milyonlarla ayaq altında qalan ensiz daş pilləkanlar var
© Sputnik / Murad OrujovДля организации экспозиций были использованы современные технологии.
Ekspozisiyaların hazırlanmasında müasir texnologiyalardan istifadə olunub - Sputnik Azərbaycan
2/8
Ekspozisiyaların hazırlanmasında müasir texnologiyalardan istifadə olunub
© Sputnik / Murad OrujovДиорама Старого Баку.
Köhnə Bakının dioraması - Sputnik Azərbaycan
3/8
Köhnə Bakının dioraması
© Sputnik / Murad OrujovПосетители могут ознакомиться с историей строения при помощи электронных дисплеев, гелиопроекторов и других новейших технологий.
Ziyarətçilər tikilinin tarixi ilə elektron displey, proyektorlar və digər yeni texnologiyalar vasitəsi ilə tanış ola bilərlər - Sputnik Azərbaycan
4/8
Ziyarətçilər tikilinin tarixi ilə elektron displey, proyektorlar və digər yeni texnologiyalar vasitəsi ilə tanış ola bilərlər
© Sputnik / Murad OrujovДревние экспонаты.
Qədim eksponatlar - Sputnik Azərbaycan
5/8
Qədim eksponatlar
© Sputnik / Murad OrujovПодъем, совершаемый в полумраке, сопровождается тихим звучанием национальных мелодий.
Qız qalasında pilləkanları milli musiqinin müşayiəti ilə qalxırsan - Sputnik Azərbaycan
6/8
Qız qalasında pilləkanları milli musiqinin müşayiəti ilə qalxırsan
© Sputnik / Murad OrujovПанорама Баку с высоты птичьего полета, а сам Старый город – как на ладони.
Quş uçuşu hündürlüyündən Bakı panoraması - Sputnik Azərbaycan
7/8
Quş uçuşu hündürlüyündən Bakı panoraması
© Sputnik / Murad OrujovКаждый раз, попадая сюда, захватывает дух, как будто впервые.
Hər dəfə buraya qalxanda sanki birinci dəfədir gəlirsən - Sputnik Azərbaycan
8/8
Hər dəfə buraya qalxanda sanki birinci dəfədir gəlirsən
1/8
Bütün qala üzrə yüz illər ərzində milyonlarla ayaq altında qalan ensiz daş pilləkanlar var
2/8
Ekspozisiyaların hazırlanmasında müasir texnologiyalardan istifadə olunub
3/8
Köhnə Bakının dioraması
4/8
Ziyarətçilər tikilinin tarixi ilə elektron displey, proyektorlar və digər yeni texnologiyalar vasitəsi ilə tanış ola bilərlər
5/8
Qədim eksponatlar
6/8
Qız qalasında pilləkanları milli musiqinin müşayiəti ilə qalxırsan
7/8
Quş uçuşu hündürlüyündən Bakı panoraması
8/8
Hər dəfə buraya qalxanda sanki birinci dəfədir gəlirsən

Yeri gəlmişkən, Bakı qülləsinin adının mənşəyi ilə bağlı bir çox əfsanə var. Onlardan birini, Sputnik Azərbaycan-ın birinci ekskursiyası zamanı bələdçimiz Rahib Azəri danışıb.

Əfsanəyə görə, sərkərdələrdən biri şahın qızına aşiq olur və onunla evlənmək qərarına gələrək belə bir ultimatum irəli sürür: "Şahzadə mənimlə evlənsə, qalaya hücum etməyəcəyəm, onu tutmayacağam". Şahın başqa bir seçimi qalmır və qızından sərkərdəyə ərə getməsini xahiş edir. Öz xalqına yazığı gələn şah qızı buna razılıq verir və toy günü atasından Qız qalasının damında rəqs etməyə icazə istəyir.

İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”

Toy günü şahzadə qalanın damına qalxır, rəqs etməyə başlayır və qəflətən özünü qaladan aşağı atır. Bu əməli ilə şahın qızı taleyini sevmədiyi bir insanla bağlaya bilmədiyini göstərir. Sərkərdə isə, öz növbəsində, sözünü tutan bir adam kimi dərhal qoşunlarını geri çəkir, qalanı tutmur.

Bu hekayəni son mərtəbələrdən birində turistlərə başqa bir bələdçi də danışırdı. Əfsanəni eşitməyimizə baxmayaraq yenə də dayanmaq və bu təsirli hekayəni dinləmək istəyirdik.

Buzovnada yerləşən və el arasında butulka piri adlanan məbəd - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

Nəhayət ki, son mərtəbəyə çatdıq və dama çıxdıq. Budur, Bakının yuxarıdan panoraması! Qədim şəhər isə sanki ovcunun içindədir. Nə gizlədim, hər dəfə bura gələndə həyəcanlanırsan, sanki ilk dəfə gəlirsən.

Lakin Qız qalasından unudulmaz təəssüratı gecə saatlarında alacaqsınız. Bəzən İçərişəhərdə "Muzeylər Gecəsi" keçirilir. Bu cür tədbirlər barədə məlumatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmi saytından əldə edə bilərsiniz.

Növbəti dəfə isə sizi məşhur televiziya aparıcısı, Qədim şəhərin tarixi üzrə mütəxəssis Rahib Azəri ilə birlikdə Kiçik Qala küçəsində gəzintiyə və isti təndir çörəyinin dadına baxmağa dəvət edəcəyik.

Xəbər lenti
0