Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladılar - Xəzər dənizində

© Sputnik / Igor Zarembo / Mediabanka keçidВоенные учения, фото из архива
Военные учения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb

BAKI, 22 yanvar — Sputnik. Qazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.

Sputnik Qazaxıstan xəbər verir ki, "Sərbaz" sərhədçi gəmisi tərəfindən aşkarlanan "Bayda" tipli kiçik gəmi göndərilən sorğulara cavab verməyib.

Bundan sonra gəmi ərzini tərk etməyə çalışsa da, "Sərbaz" gəmisi təqib edərək onu saxlayıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb. Onlara 2651000 təngə (təxminən 11, 866 AZN) miqdarında cərimə kəsilə və ya bir il müddətinə həbs və Qazaxıstan ərazisindən 5 il müddətinə çıxarılma cəzası verilə bilər.

Xəbər lenti
0