BAKI, 22 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Yerusəlimdə köhnə şəhərdə polislərə acıqlanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videoda Makronun polislə söz güləşdirdiyi görünür.
"Qarşımda elədiyiniz hərəkət xoşuma gəlmir. Çıxın", - Fransa Prezidenti ingiliscə deyir və arxadakı çıxışa doğru barmağı ilə işarə edir.
"Bizim dünyamız gözəldir və siz şəhərdə gözəl işləri yerinə yetirirsiniz, bunu qiymətləndirirəm. Zəhmət olmasa, əsrlər boyu qoyulan qaydalara hörmət edin, onlar mənimlə dəyişməyəcək. Zəhmət olmasa, hamınız qaydalara hörmət edin", - deyən Makron içəri keçib.
French President Emmanuel Macron gets testy with Israeli police in the church of Sainte Anne, Old City of Jerusalem. pic.twitter.com/14NjxLPvLA
— Noga Tarnopolsky (@NTarnopolsky) January 22, 2020
"Yediot Axronot"un yazdığına görə, hadisə Müqəddəs Anna kilsəsinin girişində baş verib. Fransa lideri polisin onunla birlikdə kilsəyə girməsinə etiraz edib.
Oxşar hadisə 1996-cı ildə Yerusəlimə səfəri zamanı o vaxtkı Prezident Jak Şirakın başına gəlmişdi.
Sovet ordusunun nasist Osvensim konslagerini azad etməsinin 75 illiyinə həsr olunmuş beşinci Ümumdünya Holokost qurbanlarının xatirəsi forumu ərəfəsində bu gün Makron İsrailin Baş Naziri Binyamin Netanyahu ilə işçi nahar edib. Görüşdə regional problemlər və təhlükəsizlik məsələləri müzakirə olunub.