Bütöv bir qitənin taleyi bir qadının imzasıyla həll olunacaq

© © Victoria Jones / POOL / AFPКоролева Великобритании Елизавета II во время церемонии открытия парламента
Королева Великобритании Елизавета II во время церемонии открытия парламента - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya Avropa Birliyini yanvarın 31-i saat 23:00-da tərk edəcək. Bundan sonra keçid dövrü başlanacaq və tərəflər ticari danışıqlar aparacaqlar

BAKI, 22 yanvar — Sputnik. Böyük Britaniyanın Parlamenti ölkənin Avropa Birliyindən çıxması şərtləri ilə bağlı qanun layihəsini təsdiqləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu layihəni kraliça II Elizabet imzalamalıdır.

Böyük Britaniya Avropa Birliyini yanvarın 31-i saat 23:00-da tərk edəcək. Bundan sonra keçid dövrü başlanacaq və tərəflər ticari danışıqlar aparacaqlar.

Bir müddət öncə Britaniyanın Maliyyə Nazirliyi bildirmişdi ki, qurumun rəhbəri Sacid Cavid martın 11-də parlamentə ölkənin AB-dən çıxdıqdan sonra iqtisadiyyatının inkişafı barədə "iddialı planları" ehtiva edən büdcə layihəsini təqdim etməyə hazırlaşır.

Qanun layihəsində eləcə də əvvəllər Mühafizəkarlar Partiyasının irəli sürdüyü vergi məsələləri, həmçinin investisiya təklifləri də yer alacaq.

Xəbər lenti
0