CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi Bakı tezliklə Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanacağına ümid edir

© AP Photo / Francisco SecoПрохожие рядом со штаб-квартирой Европейской комиссии в Брюсселе
Прохожие рядом со штаб-квартирой Европейской комиссии в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov vurğulayıb ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan hökuməti islahatlara, yeniliklərə açıq ölkədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

O vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələri sırasındadır.

Əli Əhmədov vurğulayıb ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib: "Lakin Azərbaycanın müstəqilliyinin əldə edildiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib: "Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması nəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub".

Onun sözlərinə görə, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Azərbaycanda son 15-16 ildə iqtisadiyyat 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb: "Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Yalnız bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib".

Əli Əhmədov eyni zamanda qeyd edib ki, hazırda Azərbaycan hökuməti və Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır: "Həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edirik. Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".

Xəbər lenti
0