CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə də polisin saxladığı şəxsin maraqlı ləqəbi var

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку
Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

BAKI, 22 yanvar — Sputnik. Daxili işlər orqanları tərəfindən silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış "Barbos" ləqəbli Mahir Kərimov saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan bir ədəd "Revolver" tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura aşkar edilərək götürülüb.

© AR Ministry of Internal Affairs "Barbos" ləqəbli Mahir Kərimov
Bu dəfə də polisin saxladığı şəxsin maraqlı ləqəbi var - Sputnik Azərbaycan
"Barbos" ləqəbli Mahir Kərimov

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

© AR Ministry of Internal AffairsRevolver" tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura
Bu dəfə də polisin saxladığı şəxsin maraqlı ləqəbi var - Sputnik Azərbaycan
Revolver" tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və bir ədəd kabura
Xəbər lenti
0