Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu

© AFP 2024 / ADRIAN DENNISДжейдон Санчо
Джейдон Санчо - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionatı gənc oyunçular üçün özünü göstərməkdən ötrü əla imkandır. Onlardan hansılarının artıq yaxın vaxtlarda bütün dövrlərin ən məşhur futbolçuları ilə bir sırada ola biləcəyini aydınlaşdırırıq.

AVRO-2020, Yevgeni Deqtyarev. Sanki bu yaxınlarda Ronaldu AVRO-2004-üç açılış oyununda yunanların qapısına qol vuraraq özünü gələcək superulduz kimi göstərmişdi. Zidan isə elə bu günlərdə öz məşhur fintini nümayiş etdirərək televiziya qarşısındakı milyonlarla insanı riqqətə gətirmişdi. Raul isə dünən meydançanın mərkəzindən topla Kanisaresin üstünə şığıdı və bir an sonra Çempionlar Liqasının finalında məşhur üzüyü öpdü. Hələ dünən mənim 20 yaşım var idi, hər şey isə qabaqda idi…

Lakin artıq 2020-ci ildir. Zidan Avropanın ən titullu məşqçilərindən biridir, Raul "Real"ın gəncləri ilə məşğuldur və bir gün bu komandada baş məşqçi postunu tutacaq. Yalnız kiborq Ronaldu hələ də meydançadadır. Fevralda portuqalın 35 yaşı tamam olacaq. Onun futbol vaxtı bitmək üzrədir, lakin o buna müqavimət göstərir. Kriştianu əlində estafet çubuğu sonuncu dövrəyə daxil olur. Amma futbolda da, səmada olduğu kimi bir ulduz sönəndə mini yanır.

Biz sizin diqqətinizə gənc futbol yaşlarında artıq mütəxəssislərdən, idman nəşrlərindən, komanda yoldaşlarından və avropalı azarkeşlərdən çoxlu tərif qazanmış Avropanın on gənc futbol ulduzunu təqdim edirik. Oyunçuların yeni nəsli insanların görmək istədikləri və adlarını hayqıracaqları dövrünün qəhrəmanları olmalıdırlar. İllər sonra azarkeşlər deyəcəklər ki, saatlarla yağışın altında gözləyərək onlara bu oyunu sevdirən şəxsə baxmaq üçün gözləyiblər.

© AFP 2024 / MIGUEL RIOPAMikel Oyarsabal (İspaniya, "Real Sosyedad")
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Mikel Oyarsabal (İspaniya, "Real Sosyedad")

Mikel Oyarsabal (İspaniya, "Real Sosyedad"), hücumçu, 22 yaş.

Oyarsabal "Eybar" və "Real Sosyedad"ın akademiyalarında yetişib. 2011-ci ildə o San-Sebastyandan olan yeniyetmələr komandasına qoşulub. Onun əsas komandada debütü 2015-ci il dekabrın 25-də La Liqanın "Levante"yə qarşı oyununda olub. Artıq 2016-cı il aprelin 9-da gənc bask "Barselona"nın qapısına qol vurub. Stadion bundan cuşa gələrək yeni qəhrəmanın adını hayqırmağa başlayıb. Nəticədə bu, qələbə qolu olub. Beləliklə, futbol dünyası Basklar Ölkəsinin yeni parlayan ulduzundan xəbər tutdu.

Mikel ilk növbədə soldan zərbəsi, texnikası, ötürmə bacarığı və sürəti ilə güclüdür. Son dəqiqələrdə cərimə meydançasına xəlvətcə daxil olma qabiliyyəti ona debüt mövsümdə Primeranın 22 oyununda 6 qol gətirib! 47 ölçülü butslara görə forvard "Qar adamı" adını alıb.

Oyarasabl artıq 22 yaşında klubun əfsanəsi olmağa namizəddir. Özünün san-sebastyanlılara sədaqətini Mikel 2019-cu ilin yayında nümayiş etdirib. Həmin zaman klub "Atletik"dən əlverişli təklif alıb, lakin futbolçunun özü bu transferdən imtina edib. Mətbuatda daima oyunçuya Avropanın top-klubları tərəfindən maraq göstərilməsi barədə şayiələr dolaşır. Söhbət "Real", "Atletiko", "Tottenhem", "İnter" və "Napoli"dən gedir. Lakin Oyarsabal öz ilk klubuna sadiqdir.

© AP Photo / Jens MeyerUssem Auar (Fransa, "Lion"), yarımmüdafiəçi
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Ussem Auar (Fransa, "Lion"), yarımmüdafiəçi

Ussem Auar (Fransa, "Lion"), yarımmüdafiəçi, 21 yaş.

Auar 11 yaşından "Lion" akademiyasının yetirməsdiri. Klub sistemində Ussem həmişə hər bir yaş kateqoriyasında ən yaxşı olub. İkinci komandada və yeniyetmə Çempionlar Liqasında layiqincə çıxış edib, bununla da 17 yaşında əsas heyətin məşqinə dəvət alıb. Hazırda Auar fransız klubunun sistemqurucu oyunçusudur.

Fransız mobil və çox texnikalı yarımmüdafiəçidir. Meydançanın mərkəzində və sol cinahda mövqeləri bağlaya bilir. Auara bir az sürət çatışmır, lakin digər komponentlərdə onun əla göstəriciləri var – oyunu anlama, yaxşı ötürmə, dəqiq zərbə. Depay və Fekirin yanında Ussem çox sürətlə inkişaf edir və artıq indidən Avropanın top-klubları onun ovuna çıxıblar.

Xavbek öz kumiri olaraq "Lion"un məşhur oyunçusu Juninyo Pernambukanonu göstərir. Braziliyalı fransız klubu ilə birlikdə yeddi çempion titulu qazanıb və cərimə zərbələrinin əla yerinə yetirməsi ilə yadda qalıb. Ussem oyun manerasına görə istedadlı, karyerası ağır zədələrdən məhv olmuş fransız futbolçusu Hatəm Ben Arfı xatırladır. Bizə yalnız Auara böyük uğur və uzunmüddətli möhtəşəm karyera arzulamaq qalır!

© AP Photo / Jens MeyerDayo Upamekano (Fransa, "RB Leypsiq"), müdafiəçi
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Dayo Upamekano (Fransa, "RB Leypsiq"), müdafiəçi

Dayo Upamekano (Fransa, "RB Leypsiq"), müdafiəçi, 21 yaş.

Upamekano Evre şəhərində anadan olub, yerli akademiyalardan keçib, bundan sonra "Valansyen"ə düşüb. Özünü 2015-ci ildəki yeniyetmələrin Avropa çempionatında əla göstərərək, Avstriyanın "Zalsburq" klubunun təklifini qəbul edib. Xaricdə ilk mövsümü müdafiəçi Avstriya çempionatının ikinci divizionunda ivarədə keçirib, bundan sonra "Zalsburq"a qayıdıb, 2017-ci ilin yanvarında isə 10 milyon avro qarşılığında "RB Leypsiq"ə keçib.

Oyunçu hava mübarizələrində yaxşıdır, yaxşı mövqe seçir, oyunu əla anlayır və həvəslə top almağa girişir. Mərkəz müdafiəçisi ampluasına baxmayaraq, fransız topla oynmaqdan qorxmur və driblinqdə müdafiədən çıxmağa və hücuma başlamağa qadirdir. Upamekano gənc Rafael Varan və Mats Hummelsi xatırladır - onlar kimi yaşına görə çox yetkindir, fiziki cəhətdən çox hazırdır və eyni təcrübə və bacarıqlara malikdir. Mərkəz müdafiəçisi mövqeyindən əlavə, lazım olanda o dayaq zonada və müdafiənin sağ cinahında oynaya bilir. Oyun üslubuna görə Dayo Pol Poqbaya yaxındır. Fransa yığmasının daha bir güclü müdafiəçisi olmaq üçün oyunçunun hər cür imkanı var.

© AP Photo / Martin MeissnerKay Xavers (Almaniya, "Bayer"), yarımmüdafiəçi
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Kay Xavers (Almaniya, "Bayer"), yarımmüdafiəçi

Kay Xavers (Almaniya, "Bayer"), yarımmüdafiəçi, 20 yaş.

Xavers "Bayer"in əsas heyətində ilk oyununu hələ 17 yaşında keçirib və Bundesliqada debüt etmiş on ən gənc oyunçunun siyahısına daxil olub. Gənc yaşına baxmayaraq, xavbek praktiki olaraq dərhal komandanın start heyətində möhkəmlənib. 2016/2017 sezonunda "Bayer"in əsas heyətində 28 oyun keçirib. Bu oyunlarda 4 qol vurub və 6 qolluq ötürmə edib. Görüşlərin çoxunda Xavers sağ yarımmüdafiəçi mövqeyində oynayıb. 17 il 9 ay 22 günlüyündə "Bayer"in heyətində Bundesliqada qol vurmuş ən gənc oyunçu olub. Meydançanı görməsi və əla texnikası Xaversə həm qol vurmağa, həm də qolluq ötürmə etməyə imkan verib.

Yarımmüdafiəçi müxtəlif yaşlarda Almaniyanın yeniyetmə yığmalarının heyətlərində çıxış edib, 2016-cı ildə Avropanın 17 yaşadək yeniyetmələrinin çempionatında iştirak edib, komanda ilə birlikdə yarımfinaladək gedib. Turnirdəki bütün beş oyunda da oynayıb, bir top vurub. Kay universaldır, müasir yarımmüdafiəçi üçün lazım olan keyfiyyətləri var. O cəlddir, lakin xarici görkəminə görə bunu demək olmaz. Hündürboylu Xavers Almaniya çempionatının ən cəld futbolçularından sayılır, o kreativdir, meydançanı əla görür və qol hissiyatına malikdir.

Xavers üçün nümunə "Real"ın yarımmüdafiəçisi Toni Kroosdur: "Kroos əla yarımmüdafiəçidir, özümü onunla müqayisə edirəm. Onun karyerası heyrətamizdir, Toni yalnız hörmətə layiqdir".

Yoahim Löv Xaversi Almaniyanın ən istedadlı futbolçularından biri hesab edir. İndi yarımmüdafiəçinin 20 yaşı var və o, artıq Leverkuzen komandasının lideridir.

© AFP 2024 / GLYN KIRKRayan Sessenyon (İngiltərə, "Tottenhem"), yarımmüdafiəçi
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Rayan Sessenyon (İngiltərə, "Tottenhem"), yarımmüdafiəçi

Rayan Sessenyon (İngiltərə, "Tottenhem"), yarımmüdafiəçi, 19 yaş.

Rayan Sessenyon barədə 2016-cı ilin yayında danışmağa başlayıblar. Həmin zaman o Çempionşipin oyununda qol vurmuş 2000-ci il təvəllüdlü ilk oyunçu olmuşdu. Avqustun 16-da o "Fulhem"in "Lids"ə qarşı oyununda debüt etdi, dörd gündən sonra isə həmin o statistik cəhətdən unikal qolu vurdu – "Kardiff"in qapısına. Oyunçu həmin mövsümü çempionatda beş, İngiltərə Kubokunda iki qolla başa vurdu. Kubokda "Fulhem" premyer-liqanın "Hall" klubunu darmadağın etdi. 2017-ci il noyabrın 21-də "Şeffild Yunayted"ə qarşı görüşdə Sessenyon karyerasında ilk het-trikə imza atdı. 2019-cu il avqustun 8-də 27 milyon avro qarşılığında "Tottenhem"ə keçdi.

Rayan mərkəz dairəsindən solda olan meydançanın istənilən hissəsində oynaya bilər. 2017/2018 mövsümündə Sessenyon sol müdafiəçi mövqeyində 19 oyun, kənar hücumçu mövqeyində isə 21 görüş keçirib. Qaçış və dirəşmək xarakterinə görə o, Sadyo Maneni, texnika və topla iş cəhətdən isə Eşli Yanqı çox xatırladır. Rayan topla çox ağıllı şəkildə davranır, hətta böyük sürətlərdə onu yaxında saxlamağa çalışır, komandanın əsas pleymeykerlərini yaxşı görür, dərin zonalardan sürətli çıxış imkanlarını dəqiq qiymətləndirir.

Sessenyonun oyun üslubunu bəziləri "easy to detect but difficult to stop" - "tanımaq asandır, saxlamaq çətindir" kimi xarakterizə edirlər. Rayan üçün ən böyük kompliment onun 19 yaşında əsl təcrübəli peşəkar kimi oynamasıdır. O oyunu başa düşür, soyuqqanlıdır, həm də taktiki cəhətdən çox yaxşıdır – müdafiə, yarımmüdafiə və hücumda oynayarkən neyləmək lazım olduğunu bilir. Eyni zamanda o topu alanda yeniyetmə kimi cəsarətlidir, müdafiəçilərə əhəmiyyət vermədən rəqibin cərimə meydançasına ən inanılmaz yürüşləri etməyə hazırdır. Bu, həmişə lazımi nəticəni vermir, lakin onun oyunu gərginləşdirmək cəhdi və rəqibin qapısına istiqamətlənməsi azarkeşlərin rəğbətinə səbəb olur.

© REUTERS / MICHAELA REHLEErlinq Xolann (Norveç, "Borussiya D")
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Erlinq Xolann (Norveç, "Borussiya D")

Erlinq Xolann (Norveç, "Borussiya D"), hücumçu, 19 yaş.

Hər kəs Xolann barədə ilk dəfə 2019-cu il mayın 30-da danışdı. O zaman cəmi 18 yaşı olan gənc hücumçu gənclər arasında dünya çempionatının bir oyununda 9 top vura bilmişdi! Düzdür, rəqib Honduras idi, lakin bir futbolçu belə tamaşa göstərəndə nə fərqi var!

Norveçli əla mövsüm keçirir, "Zalsburq"un heyətində 23 oyunda o, 31 qol vurub, bunlardan səkkizi Çempionlar Liqasının qrup mərhələsində baş verib. Xolann üçün Avropa nəhəngləri sıraya düzülüblər, bu mübarizədə isə Dortmundun "Borussiya"sı qalib gəlib. Yeri gəlmişkən, sözügedən transfer çox da baha olmayıb – "Borussiya" Avstriya klubunun hesabına 20 milyon avro köçürüb. Artıq indidən hər kəs 19 yaşlı yeniyetmənin özünü "Borussiya"nın heyətində necə göstərəcəyini gözləyir. Əgər Erlinq yeni kluba uyğunlaşsa və əsas heyətdə yer tutsa, mövsümün sonunadək onun bombardir kimi baqajı bütün dünyanı heyrətləndirə bilər.

Forvard işə pis başlamayıb. 2020-ci il yanvarın 18-də norveçli yeni klubunda əla dübüt edib. Xolann ikinci hissədə meydançaya çıxaraq 22 dəqiqə ərzində het-trikə imza atıb. Deyəsən, futbol dünyasında Robert Levandovskinin yenilənmiş versiyası əmələ gəlib.

Erlinq 194 sm boyuna baxmayaraq çox cəld, texnikalı və güclüdür. Lakin ən əsası o mövqeyi yaxşı seçməyi bacarır, çevikdir, dözümlüdür və əla zərbəsi var. Onun qol hissiyatı fövqəladə səviyyədədir. İndi çox vacibdir ki, hərtərəfli uğurun fonunda Xolannın başı gizəllənməsin. Bu oğlanın Avropa futbolunun yeni ulduzu olmaq və Ronalduyla Messinin qol rekordlarının qırmaq üçün bütün imkanları var.

© © AP Photo/Leila CokerKallum Hadson-Odoi
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Kallum Hadson-Odoi

Kallum Hadson-Odoi (İngiltərə, "Çelsi"), yarımmüdafiəçi, 19 yaş.

Hazırkı mövsümdə Frenk Lempard gənc oyunçulara çoxlu vaxt verib. Lembard əsas diqqəti təcrübəsiz, lakin perspektivli oyunçulara yönəldib və Pedro, Jiru və başqalarını ehtiyat oyunçular skamyasına göndərib. Frenkin "Çelsi"dəki idarəetməsi dövründə çiçəklənən futbolçuardan biri klubun akademiyasının 19 yaşlı yetirməs Kallum Hadson-Odoidir. O, hələ 2018/2019 mövsümündə Maurisio Sarinin vaxtında çoxlu oyun praktikasına malik olub, amma sonradan dizindən zədə alıb.

Hadson-Odoi nümunəvi müasir hücum edən yarımmüdafiəçidir. Cəlddir, məqsədyönlüdür, hər iki ayaqla vurur, təkbətək oynaya bilir. O həmişə qapını hədəf alır və həmişə sonadək mübarizə aparır. Kallumu qızğın tempinə və hücumda kreativ qərarlarına görə Eden Azarla müqayisə edirlər. 2017-ci ildə xavbek İngiltərə yığması ilə U17 çempionatının qalibi olub, 2018-də isə UEFA-nın Yeniyetmə Liqasının finalında "Barselona"ya məğlub olub. Avropliqada və daxili kubok turnirlərindəki qollar gənc oyunçuya Avropa təsnifatının mart oyunlarında İngiltərə yığmasına ilk çağırışı gətirdi. O çexlərlə görüşdə ehtiyat skamyadan oyuna daxil olub və 1955-ci ildən sonra yığmanın heyətində yoldaşlıq matçında debüt etməmiş ilk oyunçu oldu. Üç gündən sonra ingilislər Monteneqronu 5:1 hesabı ilə darmadağın etdilər və bu oyuna Hadson-Odoi start heyətində çıxdı. İndi ingilis futbolunda çoxlu istedad var və Kallum ən yaxşılardan biridir.

© REUTERS / MICHAELA REHLECeydon Sanço
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Ceydon Sanço

Ceydon Sanço, (İngiltərə, "Borussiya D"), yarımmüdafiəçi, 19 yaş.

Sanço Londonun cənubunda anadan olub, lakin 11 yaşında doğma "Kenninqton"u "Uotford"a dəyişib. özünü klubun akademiyasında yaxşı göstərib, üç il sonra "Mançester Siti" sisteminə keçib. 2017-ci ildə keçirilən 17 yaşınadək yeniyetmələr arasında Avropa çempionatında böyük şöhrət qazanıb. Orada ingilslər finala çıxa bildilər. Turnirdən sonra Sanço "Siti"ni "Borussiya"ya dəyişdi.

Əvvəlcə britaniyalı "Borussiya"nın əsas və yeniyetmələrdən ibarət komandalarının arasında qalmışdı, lakin məharətini artırıb və 2018-ci ilin aprelində Bundesliqada ilk qolunu vurandan sonra Lüsyen Favrın kollektivində yerini möhkəmlədib. Həmin axşam Sanço Almaniya çempionatının yüksək divizionunda qol vurmuş ən gənc ingilis olub. Ceydon alman futboluna tez uyğunlaşıb və komandasının heyətində əvəzedlməz fiqura çevrilib.

İngilis fantastik driblinqə malikdir. Gənc ulduzun daha bir üstün cəhəti start sürətidir. Ötən mövsümdə komanda üzrə yoldaşları tez-tez Sançoya irəliyə ötürmələr edirdilər, o isə öz sprinter keyfiyyətlərinin sayəsində rəqiblərini qabaqlayırdı. Ceydon asanlıqla rəqiblərini təkbətək keçmək qabiliyyətinə malikdir. Epizodun taleyini həll etmək bacarığı ona hər iki cinahda eyni dərəcədə parlaq oyun göstərməyə verir, qolluq ötürmə etmək qabiliyyəti isə pleymeyker mövqeyinə yolunu açır. Ceydon Sanço Köhnə Qitənin bir çox qrandlarının transfer hədəfidir. Bu oğlanın potensialı çox nəhəngdir, tezliklə o böyük ulduza çevrilə bilər.

© AP Photo / David VincentEduardu Kamavinqa
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Eduardu Kamavinqa

Eduardu Kamavinqa (Fransa, "Renn"), yarımmüdafiəçi, 17 yaş.

2019-cu il aprelin 6-da "Renn"in yetirməsi Kamavinqa Liqa 1-də debut edib. O, "Anje" ilə oyunun sonlarında meydançaya çıxıb. O, klubun tarixində ən gənc oyunçu və Avropanın əsas milli liqalarından birində çıxış edə bilmiş 2002-ci il təvəllüdlü ilk futbolçu olub.

Kamavinqa "PSJ" ilə oyundan sonra məşhurlaşıb. Bu oyunda "Renn" 2:1 hesabı ilə qalib gəlib. Yarımmüdafiəçi meydançadakı vaxtından səmərəli istifadə edib, qolluq ötürmə edib və oyunun ən yaxşı oyunçusu hesab olunub. O görüşdən sonra Eduardu "Renn"in heyətində uğurlu çıxışlarını davam etdirir və artıq Zinəddin Zidanın diqqətini cəlb edib.

Meydançanın mərkəzində oynamaq üçün böyük imkanlara malik olmaq lazımdır: hücumda və müdafiədə oynamaq bacarığndan əlavə, böyük dözüm, müəyyən aqressiv, inadkar oynamaq qabiliyyəti, həmçinin tez qərar qəbul etmək ustalığı tələb olunur. Kamavinqada bütün bu keyfiyyətlər var, lakin onları daima təkmilləşdirir. Məhsuldarlığı güclü deyil, lakin böyük həcmdə iş görür.

Eduardu Kamavinqa "Renn"in istedadlı gənclərinin yeni nəslinə məxsusdur. Onun klubun böyük yetirmələri olan Silven Viltor, Yoann Qurküff, Abdulay Dukure və Usman Dembele ilə vir sırada dayanması üçün böyük imkanlar var. Liqa 1-in mövsümündə Kamavinqanın əla startı onun digər oyunçularla müqayisəsinə səbəb olub. Lakin onun yarımmüdafiənin mərkəzindəki mövqeyi digər fransız vunderkindlərinin mövqelərindən fərqlənir. Onu Usman Dembele ilə müqayisə edirlər. Gözləyirlər ki, Eduardunun karyerası "Barselona"nın hücumçusunun karyerası kimi sürətlə inkişaf edəcək. Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, Kamavinqa artıq Dembelenin onun yaşında olduğundan daha ciddi, intizamlı və peşəkardır.

© AFP 2024 / LLUIS GENEAnsu Fati
Burada qocalara yer yoxdur və yaxud Avropa futbolunun 10 gələcək ulduzu - Sputnik Azərbaycan
Ansu Fati

Ansu Fati ("Barselona"), hücumçu, 17 yaş.

Ansu Fati Qvineya-Bisauda anadan olub və yalnız altı yaşında anası ilə birlikdə atasının yanına, Sevilyadan 120 kilometr aralıda yerləşən Errera şəhərinə köçüb. O, futbolla məhz Əndəlüs klubunda ciddi şəkildə məşğul olmağa başlayıb və 10 yaşında Barselonaya köçüb. Ötən yay hücumçu 19 yaşına qədər olan oyunçuların komandasına keçirilib. Lionel Messinin, Luis Suarezin və Usman Dembelenin zədələri Ansu Fatiyə 2019-cu ilin avqustunda birinci heyətdə debüt etməyə imkan verib. 2019-cu ilin dekabrında o, “İnter”in qapısına qol vuraraq Çempionlar Liqası tarixində ən gənc qol müəllifi olub.

“Barsa”nın keçmiş baş məşqçisi Ernesto Valverde Fatini çox tərifləyirdi: “O, müdafiəçini aldada bilən oyunçudur. O, çox sürətlidir və təkbətək oyunu çox sevir." 2019-cu il oktyabrın 11-də Ansunu İspaniyanın “U-21” yığmasına çağırıblar. Ansu bu yığmanın tərkibində 2019-cu il oktyabrın 15-də Monteneqro ilə matçda (2:0) debüt edib.

Zərbənin dəqiqliyi və gücü, topa əla nəzarət, ildırım sürəti ilə qərar qəbul etmək bacarığı, əla qol duyumu, oyunu ilə kömək etmək, eləcə də hücumda istənilən mövqeni bağlamaq və eyni zamanda effektiv müdafiə olunmaq bacarığı – bütün bunlar “Barselona”nın gənc istedadının əsas keyfiyyətləridir. Fati artım üçün çox böyük potensiala malikdir. O, dünyanın ən yaxşı futbol liqalarından birində inkişaf edir. Onu ən yaxşı oyunçular və məşqçilər əhatə edir. Messi isə özü meydanda onun üçün nümunə rolunu oynayır. Bizə isə ümid etmək qalır ki, gözümüzün önündə yazılan bu nağılın çox sayda qızıl səhifələri olacaq. “Barselona”nın həmişə böyük hücumçusu olub. Yəqin ki, Ansu da belə bir hücumçu olacaq.

Xəbər lenti
0