Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Qadın 3 uşağını götürüb evdən qaçıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Quba rayon Dalıqaya kənd sakini Səxavət İsayev həyat yoldaşının azyaşlı uşaqları ilə itkin düşməsi barəsində DİN-in "102" xidmətinə məlumat verib.
S.İsayevin sözlərinə görə, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əfsanə İsayeva 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı Sərxanı götürərək 4 gün öncə işlədikləri Xızı rayonu ərazisində yerləşən maldarlıq fermasından çıxıb, bir daha qayıtmayıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları axtarışa başlayıblar.
Polis əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Səxavət İsayev hadisə baş verməmişdən bir gün öncə evə sərxoş halda gəlib və həyat yoldaşını bərk döyüb. Kənd sakinlərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sərxan İsayev həyat yoldaşını qamçı ilə döyüb.
Hal-hazırda qadının və 3 azyaşlı uşaqların axtarışı davam etdirilir.