BAKI, 21 yanvar — Sputnik. Türkiyədə son bir həftə ərzində 77 vilayətdə küçə satıcılarına qarşı həyata keçirilən narkotik əməliyyatlarında 4 min 621 nəfər tutulub. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Ümumilikdə Türkiyə polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı 413 kiloqram marixuana, 197 kiloqram heroin, 10 kiloqram, 500 qram metamfetamin, 1 kiloqram bonzai və 46 min 469 narkotik həb ələ keçirilib.
Bundan əlavə, əməliyyatların keçirildiyi ünvanlarda sənədi olmayan 54 tapança və tüfəng, həmçinin 87 min 51 türk lirəsi də müsadirə olunub.