Trampın ölümünə fərman verildi - Başına külli miqdarda pul qoydular

© REUTERS / Paul SancyaПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 8-i İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib

BAKI, 21 yanvar — Sputnik. İranlı deputat Əhməd Həmzə ABŞ Prezidenti Donald Trampı öldürəcək şəxsə 3 milyon dollar ödənilməsini təklif edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Солдат США, фото из архива - Sputnik Azərbaycan
İran ABŞ əsgərlərini vurub - Mərkəzi Komandanlıq etiraf etdi

"Kirman vilayətinin sakinləri adından Trampı öldürən və onun başını bizə gətirənə 3 milyon nağd pul ödəyəcəyik", - deyə Əhməd Həmzə parlamentdə çıxışı zamanı bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.

Bölgəni qarışdıracaq iddia – Süleymani Türkiyəni vurmaq istəyib

Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.

Xəbər lenti
0