CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığınacaqda yaşayan yeniyetmələrin sayı açıqlandı

© Sputnik / Irade JELILDövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi
Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaqda uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir

BAKI, 21 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu günədək 340 nəfər qəbul edilib. 

Вид на Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda kimsəsizlər üçün üç sığınacaq ləğv olundu

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 225-i 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 61 nəfər (o cümlədən 18 yaşdan yuxarı 49, yetkinlik yaşına çatmayan 12 nəfər) stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Bu müəssisələrin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Onlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Əsas məqsəd həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyasıdır və bu məqsədlə sosial sığınacaqlara qəbul edilmiş insanların sosial reabilitasiyası işləri də aparılır.

Eyni zamanda, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaqda uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür.

Xəbər lenti
0