CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şadlıq evində ölüm olub

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 21 yanvar — Sputnik. Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0