CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minlərlə sürücünü vəsiqəsindən məhrum etdilər

© Sputnik / Murad OrujovВодитель за рулем
Водитель за рулем - Sputnik Azərbaycan
Abunə olmaq
Yaradılan imkanlardan istifadə etməklə polis əməkdaşları ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar

BAKI, 21 yanvar — Sputnik. "Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində idarə rəisi Ramiz Zeynalov məlumat verib.

O qeyd edib ki, yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Xəbər lenti
0