CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənni koreyalı modellə təmtəraqlı toydan imtina edib

© Instagram / el_man_officialПевец Эльман Зейналов
Певец Эльман Зейналов - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Elman Zeynalov koreyalı modellə necə tanış olduğuna və ailə qurduğuna aydınlıq gətirib. Evliliklə bağlı VVAQ-da qeydiyyatdan başqa planları yoxdur

BAKI, 21 yanvar — Sputnik. "Novaya fabrika zvyozd" (Yeni ulduz fabriki) musiqi layihəsinin finalçısı, azərbaycanlı müğənni Elman Zeynalov qastrol səfərlərinin çoxluğu səbəbindən təmtəraqlı toydan imtina edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu müğənni özü Rusiya telekanallarından birinə müsahibəsi zamanı deyib. O, müsahibədə həyat yoldaşı, koreyalı model Marqarita Tsoyla necə tanış olmasından da danışıb.

Xatırladaq ki, cütlük 2019-cu ilin dekabrında ailə həyatı qurub.

"Biz doqquz ay əvvəl görüşmüşdük. Bizi ümumi tanışımız tanış etmişdi. Onda Marqarita mənimlə bağlı heç nə bilmirdi və hətta heç müğənni olduğumdan da xəbəri yox idi. Mən ona evlilik təklifini onun ad günündə etdim. Biz evliliyimizi sadəcə VVAQ-da qeydiyyata aldırdıq. Təmtəraqlı toy etməyə isə hazırlaşmırıq, çünki bizim dolğun qastrol qrafikimiz var", - deyə Zeynalov bildirib.

Marqarita Tsoyun Moskvada gözəllik salonu var və o, modelliklə məşğuldur.

View this post on Instagram

❤️

A post shared by ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀Margarita⠀Zeynalova (@tsoi.official) on

Elman Zeynalov Sumqayıtda doğulub, sonra isə Rostov-Dona köçüb. MuzTV-də yayımlanan "Yeni ulduz fabriki" layihəsi Elmanı bütün Rusiyada məşhur edib. Orada iştirakçı olarkən Elman Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla yaddaqalan mahnılar oxuyub. Hazırda Elman Zeynalov Azərbaycanın Xalq artistri Emin Ağalarovun yaratdığı "Zhara Music" leyblına daxildir.

Xəbər lenti
0