CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda azərbaycanlını taclandırdılar - söhbət kriminal avtoritetdən getmir

© Instagram / ngasanzadeАзербайджанская модель Нигяр Гасанзаде
Азербайджанская модель Нигяр Гасанзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Model Nigar Həsənzadə finalı Tbilisidə keçirilən beynəlxalq layihədə uğurla çıxış edərək öz kolleksiyasına daha bir tac əlavə edib.

BAKI, 21 yanvar — Sputnik. Azərbaycanlı model Nigar Həsənzadə "World Rising Stars-2020" müsabiqəsinin mükafatını qazanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, həmyerlimiz yarışın "Top model" nominasiyasının qalibi olub.

Müsabiqə 16-21 yanvar tarixlərində Tbilisidə keçirilib. Burada Özbəkistan, Estoniya, Cənubi Afrika, Ukrayna, Polşa, Çexiya, Latviya, Monqolustan, Rumıniya, Hindistan, Azərbaycan, Tatarıstan, Myanma, Albaniya və Gürcüstanın moda sahəsinin ən istedadlı, yaraşıqlı və uğurlu insanları iştirak ediblər.

"Mən şox şadam ki, "World Rising Stars" titulunun sahibi olmuşam. Əzmkarlıq və əmək hər zaman layiqli qələbəyə aparır. Mən daha bir taca layiq görüldüyüm üçün məmnunam. Deyəsən, artıq model ruhu ilə yoğrulmuşam. Bütün təşkilatçılara çox təşəkkür edirəm", - deyə Həsənzadə bildirib.

"World Rising Stars" artıq üçüncü ildir ardıcıl olaraq Gürcüstanda keçirilir. Hər dəfə onun iştirakçılarının sayı artır.

Nigar Həsənzadə "Miss&Mister Planet of Azerbaijan" müsabiqəsinin qalibidir. O, "Miss&Mister Planet of the World 2019" dünya finalında üçüncü yeri tutub. Model fəal şəkildə bir çox reklam layihələrində, həmçinin ölkədə və xaricdə keçirilən moda nümayişlərində iştirak edir.

Xəbər lenti
0