İlqar Vəlizadə: “Beynəlxalq qüvvələr sabitliyin bərpası üçün səfərbər olublar”
Yanvarın 19-da Berlində Liviya böhranı ilə bağlı beynəlxalq konfrans başlayıb. Konfransda 10 dövlət və hökumət başçısı iştirak edir.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Berlində keçirilən konfrans beynəlxalq ictimaiyyətin Liviyadakı vəziyyətin sabitləşməsində maraqlı olmasını göstərir:
“Beynəlxalq qüvvələr sabitliyin bərpası üçün səfərbər olublar. Aparıcı dünya ölkələri Liviyadakı vəziyyətin mürəkkəbləşməsində maraqlı deyil. Onlar istəyirlər ki, yaxın zamanda Liviyada sabitlik bərpa olunsun və problemli məsələlər dialoq çərçivəsində həll olunsun. Düşünürəm ki, bu münasibət Liviyadakı proseslərin sabit məcrada inkişafına yardım edəcək”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz