BAKI, 20 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya və Çinlə yaxşı münasibətlər Vaşinqton üçün səmərəlidir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Tramp Texasda aqrar sektorun nümayəndələri ilə görüşü zamanı bildirib.
"Çinlə gözəl münasibətlərin olması yaxşıdır. Rusiya ilə də, digər ölkələrlə də gözəl münasibətlərin olması yaxşıdır", - deyə Tramp vurğulayıb.
O, eyni zamanda etiraf edib ki, Birləşmiş Ştatlar ondan digər ölkələrin maraqları çərçivəsində istifadə olunmasını istəmir.