BAKI, 20 yanvar — Sputnik. Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib.
E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə "Azərinform"da (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, Mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.
Allah rəhmət eləsin!