Qərb Liviyada sülhün əsas təşəbbüskarının kim olduğunu bilir – ekspert

© AFP 2024 / MAHMUD TURKIAЛивийцы гуляют на площади мучеников 14 января 2020 года в столице Ливии Триполи
Ливийцы гуляют на площади мучеников 14 января 2020 года в столице Ливии Триполи - Sputnik Azərbaycan
Abunə olmaq
Medianın verdiyi məlumata görə, Emmanuel Makron və Angela Merkel Berlində keçirilən zirvə görüşündə Vladimir Putini “itiriblər”.

BAKI, 20 yanvar — Sputnik. Rusiya lideri Vladimir Putinin Liviya ilə bağlı Berlində baş tutmuş zirvə görüşü zamanı fotoşəkil mərasiminə gecikməsi Almaniya Kansleri Angela Merkeli və Fransa Prezidenti Emmanuel Makronu çaş-baş salıb. Bu barədə Sputnik Fransa xəbər verib.

Tədbirin videogörüntülərindən aydın görmək olar ki, Merkel və Makron sammitin digər iştirakçıları ilə birlikdə protokol fotosessiyasına hazırlaşarkən Rusiya liderinin çəkiliş yerində olmadığını görürlər. Dövlət başçıları bir-birlərinə baxırlar, sonra isə Almaniya kansleri BMT-nin Baş katibi Antonio Quterreşdən Vladimir Putinin harada olduğunu soruşur. Rusiya prezidenti fotoşəkil mərasimində onun yanında durmalı idi.

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya lideri Vladimir Putinin Liviya ilə bağlı Berlində baş tutmuş zirvə görüşü zamanı fotoşəkil mərasimində
Qərb Liviyada sülhün əsas təşəbbüskarının kim olduğunu bilir – ekspert - Sputnik Azərbaycan
Rusiya lideri Vladimir Putinin Liviya ilə bağlı Berlində baş tutmuş zirvə görüşü zamanı fotoşəkil mərasimində

Bir az sonra, Rusiya lideri çəkiliş yerinə gəlir, fransalı həmkarı onu qarşılayır, Merkel isə fotoşəkil üçün onun harada durmalı olduğunu göstərir.

Berlin Liviyadakı vəziyyətin həll edilməsinə dair beynəlxalq sülh konfransına ev sahibliyi edib. Danışıqlarda Putin, Merkel, Makron və Quterreşlə yanaşı, Böyük Britaniya, Misir və Türkiyə liderləri, Avropa Komissiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sammit zamanı Liviyadakı humanitar problemlərin həllini təklif edən yekun sənəd qəbul edilib. Bundan başqa, davamlı atəşkəsi təmin etmək üçün hərbi komitənin yaradılması qərara alınıb.

Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Vladimir Orlov Sputnik radiosunun efirində bildirib ki, Qərb Rusiyanın Liviyada sülhün bərqərar edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. 

“Rusiya həqiqətən də bu gün Liviyadakı sülh prosesində əsas oyunçulardan biridir. ABŞ-ın Qərb koalisiyası ilə birgə ölkəni faktiki olaraq qırğına, vətəndaş müharibəsinə sürükləyərək gətirdiyi xaosdan sonra Rusiya bu gün bu münaqişənin müxtəlif siyasi və hərbi iştirakçılarını danışıqlar masası arxasına oturdur. Həm Moskva konfransı, həm də Berlin konfransı göstərir ki, Rusiya iştirakı və faktiki aparıcı rolu ilə bu gün bu sülh prosesinin əsas təşəbbüskarıdır. Ümumiyyətlə, Rusiya Qərbin əvvəllər səy göstərmədiyi və ABŞ-ın əleyhinə olduğu bir şeyi edə bilib – Liviyada müharibə edən tərəflər arasında birbaşa danışıqlara nail olub”, – Orlov deyib.

Berlin konfransı Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada baş tutmuş danışıqlardan sonra keçirilib. Məlumatlı mənbə deyib ki, Liviya Milli Ordusunun komandiri marşal Xəlifə Haftar Tripoli hökuməti ilə atəşkəs razılaşmasını imzalamadan Moskvanı tərk edib. Bir müddət sonra mediada yayılan məlumatlara görə, Haftar onun qoyduğu şərtlərin yerinə yetirilməsi halında atəşkəsə hazır olduğunu açıqlayıb.

Haftar həmçinin Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq, ona Liviyada sülh və sabitliyin bərqərar olmasında göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Xəbər lenti
0