Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda ağır qəza – Sürücü yanaraq öldü

© Sputnik / Irina Geraschenko / Mediabanka keçidСгоревший автомобиль
Сгоревший автомобиль - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib

BAKI, 20 yanvar — Sputnik. Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşması nəticəsində sürücülərdən biri ölüb.

Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.

Lənkəranda qəza olub - Sputnik Azərbaycan
HADİSƏ
Toydan qayıdan ailə qəzaya düşüb, beş nəfər xəsarət alıb

Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - "TIR" və "Qazel" markalı yük maşınları toqquşub. Nəticədə Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi "Qazel" markalı yük maşını alışıb. İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0