Ölkədə ilk dəfə dəmirdən yol çəkildiyi gün

© pixabay / Fotoworkshop4YouЖелезнодорожные рельсы, фото из архива
Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib.

BAKI, 20 yanvar - Sputnik. 1880-ci il yanvarın 20-də Azərbaycanda ilk dəmir yolu istismara verilib.

Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib.

“Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

Xəbər lenti
0