Onların var-dövləti dünya əhalisinin yarısının sərvətinə bərabərdir

© REUTERS / Jason LeeЕвро, гонконгский доллар, доллар США, японская иена, британский фунт и китайский юань
Евро, гонконгский доллар, доллар США, японская иена, британский фунт и китайский юань - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabat tərtibçiləri, eyni zamanda 22 ən varlı kişinin birləşmiş kapitalının bütün Afrika qadınlarının birləşdirilmiş kapitalına bərabər olduğunu müəyyən ediblər

BAKI, 20 yanvar — Sputnik. 2019-cu ildə 2,153 dünya milyarderinin birgə sərvəti aşağı gəliri olan 4.6 milyard insanın ümumi gəlirindən daha yüksək olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu rəqəm 7,8 milyard olan dünya əhalisinin yarısından çoxuna bərabərdir. Bu barədə "Oxfam" xeyriyyə təşkilatının araşdırmasında deyilir.

Mütəxəssislərin hesablamalarına görə, əgər bir adam Misir ehramlarının qurulmasından (e.ə. XXVI əsr) başlayaraq, hər gün 10 min dollar yığsaydı, 2020-ci ildə onun sərvəti ən varlı şəxslərin ilk 5-nə daxil olan milyarderin sərvətinin 1/5-nə yaxınlaşa bilərdi.

Hesabat tərtibçiləri, eyni zamanda 22 ən varlı kişinin birləşmiş kapitalının bütün Afrika qadınlarının birləşdirilmiş kapitalına bərabər olduğunu müəyyən ediblər. Tədqiqatçıların fikrincə, belə bərabərsizliyin əsasını "qüsurlu və seksist iqtisadi sistem" qoyur.

Araşdırmaçılar müəyyən ediblər ki, milyarderlərin çox hissəsi kişilərdir.

Müasir dünyada qadınlar sözdə ödənişsiz əmək (ev təmizliyi, yemək bişirmək, uşaqlara, xəstələrə və qocalara qulluq) ilə məşğul olur və az maaşlı işlərdə çalışırlar.

Mütəxəssislər dünyadakı hökumətləri insanları cəmiyyətə real fayda gətirən işə görə mükafatlandıracaq bir iqtisadi sistem qurmağa çağırıb. Tədqiqatçılar hesab edirlər ki, buna milli səhiyyə sistemlərinə qoyulan investisiyalar və mütərəqqi vergi miqyası tətbiq etməklə nail olmaq mümkündür.

Daha əvvəl isə rusiyalı milyarder Araz Ağalarov rusların gəlir səviyyəsindən dəhşətə gəldiyini dilə gətirmişdi. O, qeyd etmişdi ki, vətəndaşların gəlirləri o qədər aşağıdır ki, ciddi iqtisadi inkişaf əldə etmək mümkün deyil. Onun sözlərinə görə, belə bir vəziyyətdə istehsalın artırılması mümkün deyil, çünki istehsal olunan malı almaq üçün heç kim yoxdur.

Xəbər lenti
0