Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Alıcılar saxta içkiləri müəyyən edə bilərmi – ekspert danışır

Abunə olmaq
Qida mühəndisi İsa Əliyev deyir ki, normal şəraitdə hazırlanan içkilərə görə ölüm halları baş verməməlidir
İsa Əliyev: “Saxta spirtli içkilərdən restoranlar və şadlıq sarayları istifadə edir”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Qida mühəndisi İsa Əliyev Sputnik Azərbaycan-a deyir ki, bir çox qida məhsullarında olduğu kimi, spirtli içkilərin də saxtasını gözlə aşkarlamaq mümkün deyil:

“Bununla bağlı AQTA-nın keçirdiyi ani reydlər yerindədir. Saxta məhsulları hazırlayanlar qeydiyyatda olan firmalar deyil. Saxta spirtli içkilər ölümlə nəticələnən hadisələrin baş verməsinə səbəb ola bilir. Normal şəraitdə hazırlanan içkilərə görə ölüm halları baş verməməlidir. Saxta spirtli içkilərdən daha çox restoranlar və şadlıq sarayları istifadə edir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0