CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəsində "Ögey ana"nın məşhur fraqmenti təkrarlanır, görək sonu necə olacaq

© Sputnik / Ilham AhmadovQəbələyə yağan qar
Qəbələyə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Vaxt var idi, Azərbaycanın kinematoqrafiyasının dəyərli inclərindən sayılan “Ögey ana" filmində dağyarma epizodunu maraqla izləyirdik.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın dilbər guşəsi olan Qubanın bəzi kəndləri illərdir yol üzünə həsrət idi. Prezident İlham Əliyevin 2018-ci ilin oktyabr ayında Quba sakinləri ilə görüşü zamanı Quba-Qonaqkənd yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalamışdı. Sərəncama əsasən, Quba-Qonaqkənd yolunun yenidən qurulmasına başlanılıb. Bu barədə Sputnk Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol istismar idarəsinin rəisi Gülağa Əliyev məlumat verib:

"Bu yolun çəkilişinə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2018-ci ilin sonunda başlamışıq və yolun tikintisi hələ də davam etdirilir. 60 kənd və qəsəbəni birləşdirən 46 km-lik yolun eni 12 metr olacaq. Artıq 5 böyük körpü salınıb, 40-dan çox su-beton ötürücüləri qoyulub və torpaq yatağı tikilib. Asfalt örtüyünün birinci üzünün qalınlığı 7 sm-dir. Quba-Qonaqkənd yolunun 29-30-cu km-likləri 200 metr hündürlüyü olan Qoşaqaya, el arasında "Təngə dərəsi" adlanan sərt qayalıqdan keçir. Yolun çəkilişində bizim işimizi çətinləşdirən də elə yolun bu hissəsidir. Çünki yolun bir hissəsi hündür qayalardan keçir, bir hissəsində isə Vəlvələçay yerləşir. Buna görə də biz ehmalca qayaları yararaq yol çəkmək qərarına gəldik”.

Gülağa Əliyevin sözlərinə görə, bu yolun çəkilişi əziyyətli olduğu kimi, həm də çox təhlükəlidir. Yolun bu hissəsində yolun çəkilişinin ləngiməsinin  səbəbi qayanın yarılmasıdır. "Biz əslində qayanı mina ilə partladıb da çəkə bilərdik. Düşündük ki, bu, hərtərəfli təhlükədir. Çünki, bu yerdə çox hündür sıldırım qayalar olduğundan, uçub gələn iri daşlar həm yolun, həm də Vəlvələçayın qarşısını kəsə bilərdi. Biz çətin də olsa, mexaniki üsulla az-az qaya parçalarını qopardıb yolun genişləndirilməsi işlərini aparmaq qərarına gəldik. Mexaniki üsulla olsa da, işimizi sakit-sakit aparmağa üstünlük veririk. Bildiyniz kimi, yüksək səs və akustikadan da qaya parçaları qopub gələ bilər. Buna görə də orda çalışan texnika siqnal vermir", - deyə Əliyev bildirib.

© Sputnik / Leyla Abdullayeva
Quba-Qonaqkənd yolunun çəkilişi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Quba-Qonaqkənd yolunun çəkilişi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Quba-Qonaqkənd yolunun çəkilişi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

İdarə rəisinin sözlərinə görə, 46 km-lik Quba-Qonaqkənd yolunun üzərində tikilən körpülərin 3-ü biraşırımlı, 43-cü km-də yeləşən bir körpü isə yeddi aşırımlı, yəni 126 metr uzunluğundadır. Bundan başqa, orada 250 metr uzunluğunda böyük beton bəndlər tikilib. Babaçayla, Cimi çayının qovuşduğu Çayqovuşan adlanan yerdə Vəlvələçay əmələ gəlir və bu çayın eni 400 metrdir. Həmin çayın üzərində də böyük körpü salınıb. Bu körpü şimal zonasında ən böyük körpü hesab olunur. 5-ci körpü isə 46-cı km-in – Qonaqkənd kəndinin yaxınlığında salınıb. Çayın eni 200 metr, onun üzərində tikilən beşaşırımlı körpünün eni isə 90 metrdir. Burada həmçinin 150 metrlik beton bəndlər tikilib. Bu körpülərin salınması ilə insanların və maşınların rahat gediş-gəlişi təmin olunub.

G.Əliyev onu da qeyd edib ki, yolun gələcəkdə uçqunlara məruz qalmaması üçün böyük tədbirlər həyata keçirilir: "Hündür qayalar hər an təhlükə yarada bilər. Bunun üçün böyük körpülərlə yanaşı, yağış və qar sularının bir tərəfdən başqa tərəfə axması üçün müxtəlif ölçülü borular, o cümlədən beton borular qoyulur. Beton borular suların daşmasının və yolun sıradan çıxmasının qarşısını alır. Bundan başqa, 150 metr uzunluğu, 17 metr hündürlüyündə dəmir-beton istinad divarı çəkilir. Bu da gələcəkdə baş verəcək təhlükələrin qarşısını almaq üçündür".

Qubalıların böyük ümidlə gözlədiyi bu yolda işıqlandırma sistemləri də quraşdırılacaq. Dağlar arasından keçən sərt döngələrdə maşınların təhlukəsizliyini təmin etmək məqsədilə ora işıqlandırma ilə təchiz olunacaq.

Vaxt vardı, Azərbaycanın kinematoqrafiyasının dəyərli inclərindən sayılan “Ögey ana" filmində dağyarma epizodunu maraqla izləyirdik. 2020-ci ildə isə bu prosesi Quba-Qonaqkənd yolunun çəkilişinin timsalında təbii şəkildə görmək mümkündür. Quba-Qonaqkənd yolunun yenidən qurulması 2020-ci ilin sonuna qədər başa çatacaq və yol istifadəyə veriləcək. Nəhayət, ölkənin şimal bölgəsinə gedib-gələn yerli sakinlər də, turistlər də rahat hərəkət edə biləcəklər. 

Xəbər lenti
0