CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu evlərə kupça veriləcək

© pixabay / SchluesseldienstКлючи от дома, фото из архива
Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər

BAKI, 18 yanvar — Sputnik. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası bu dəfə yanvarın 21-24-də Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, səyyar qeydiyyat xidmətindən yanvarın 21-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, yanvarın 22-də saat 9:00-13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.

Nizami rayonu üzrə kampaniya yanvarın 23-də Ş.Mirzəyev, T.Abbasov və R.Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllə, yanvarın 24-də isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə, 815 mənzili əhatə edəcəkdir.

Qeyd edək ki, mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.

Xəbər lenti
0