CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdə müasir taksilər işləyəcək - Köhnələr yığışdırılır?

© Sputnik / Anar MustafayevФонарь такси на крыше автомобиля в Баку
Фонарь такси на крыше автомобиля в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Bölgələrdə də taksilər köhnədir. Taksometrlər yoxdur. Çoxu isə qeyri-rəsmi fəaliyyət göstərir. Ona görə də nəzərdə tutulub ki, bölgələrdə də taksilər yenilənsin. Biz bu işdə dövlət dəstəyindən də yararlanacağıq"

BAKI, 18 yanvar — Sputnik. Azərbaycanda ekoloji baxımdan nəqliyyat vasitələrinin yenilənməsi işləri çərçivəsində taksi xidməti qarajın yenilənməsi də nəzərdə tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, bölgələrdə də ekoloji təmiz taksilər istifadəyə veriləcək: "Bölgələrdə də taksilər köhnədir. Taksometrlər yoxdur. Çoxu isə qeyri-rəsmi fəaliyyət göstərir. Ona görə də nəzərdə tutulub ki, bölgələrdə də taksilər yenilənsin. Biz bu işdə dövlət dəstəyindən də yararlanacağıq. Həmin taksilərdə pos-terminallar vasitəsilə ödəmə, internet və wifi olacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

Xəbər lenti
0