Ən gənc milyarder qız varlanmaq üçün oğurluğa əl atıbmış

© REUTERS / Mario AnzuoniКайли и Кендалл Дженнер на Met Gala 2019 в Нью-Йорке
Кайли и Кендалл Дженнер на Met Gala 2019 в Нью-Йорке - Sputnik Azərbaycan
Abunə olmaq
Alman şirkəti Cenner bacılarını eksklüziv dizaynı oğurlamaqla pul qazanmaqda günahlandırıb və adıçəkilən geyimlərin satışını dayandırmağı tələb edib

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən gənc milyarder xanımı hesab edilən Kendall Cenner alt paltarının dizaynını oğurlamaqda ittiham olunur.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TMZ portalı yazıb. 

Almaniyanın 1859-cu ildə yaradılmış "Klauber Bros" şirkəti Cenner bacılarını məhkəməyə verib. Səbəb kimi isə onların şirkətin krujeva naxışından icazə almadan istifadə etmələridir. İstehsalçı bəyan edib ki, söhbət "Kendall&Kylie" brendinin ipək gecə köynəyi və tumanından gedir.

Üstəlik, alman şirkəti Cenner bacılarını eksklüziv dizaynı oğurlamaqla pul qazanmaqda günahlandırıb və adıçəkilən geyimlərin satışını dayandırmağı tələb edib.

"Kendall&Kylie" Kendall və Kayli Cenner bacılarının 2015-ci ildə yaratdıqları Amerika brendidir. Bundan əvvəl onlar "Topshop" və "PacSun" brendləri ilə birgə kolleksiyalar istehsal edirdilər.

Xəbər lenti
0