Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda qida zəhərlənmələri - rəqəmlərdə

Abunə olmaq
Azərbaycanda qida zəhərlənmələri halları il boyu müşahidə olunur, lakin əvvəlki dövrlərlə müqayisədə intoksikasiya statistikası azalmağa başlayıb

Azərbaycanda qida zəhərlənməsi hadisələrinin statistikası azalmaqdadır. Vətəndaşların tibbi yardım üçün çoxsaylı müraciətlərinə baxmayaraq, icraat nəticəsində yalnız bir neçə zəhərlənmə faktı təsdiqlənib. Belə ki, 2018-ci ildə 514 qida zəhərlənməsi hadisəsi qeydə alınıbsa, 2019-cu ilin 11 ayı ərzində belə halların sayı 180 faktı keçməyib.

Zəhərlənmə zamanı onun nəticələrinin aradan qaldırılması üçün bir sıra tədbirlərin siyahısı var. İlk növbədə xəstənin mədəsini, yaxşı olardı ki, soda məhlulu ilə yuyasız. Bunun üçün daha çox sudan istifadə etmək məsləhətdir. Sonra xəstəyə aktivləşdirilmiş kömür verilə bilər. İnsan bədəninin ağırlığının hər on kiloqramı üçün bir həb kömür götürülməlidir.

Zəhərlənmələr öz növbəsində qida məhsullarının düzgün saxlanmaması və vaxtı keçmiş ərzaqlarla qidalanma nəticəsində baş verə bilər. İsti aylarda bəzi ərzaqların saxlama müddəti ciddi surətdə azalır.

Qida zəhərlənməsi adətən şübhəli keyfiyyətə malik qidanı yedikdən sonra iki-üç saat ərzində baş verir. Ölkədə qida zəhərlənmələrinin statistikası və belə vəziyyətlərdə ilkin tibbi yardımla bağlı ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0