BAKI, 17 yanvar — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyi Çində yeni koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə bağlı xəbərdarlığından sonra hər kəsin diqqəti bu mövzuya yönəldib.
Sputnik Azərbaycan-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, virusun Azərbaycanda yayılma ehtimalı çox azdır. Çünki həmin ölkəyə Azərbaycandan gedənlərin sayı elə də çox deyil. Baş infeksionist onu da qeyd etdi ki, virusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə tədbirlər görüləcək.